Ermənilərin yalanı ifşa olundubackend

Ermənilərin yalanı ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mətbuatının Azərbaycan Ordusu ilə bağlı yaydığı yalan məlumatlar kəndlilər tərəfindən təkzib edilib.

NOCOMMENT.az xəbər verir ki, bu gün Ermənistan mətbuatında Azərbaycan Silahlı Qüvvələri Naxçıvanla sərhəd yaxınlığındakı Armaş və Surenavan kəndlərinə atəş açması barədə xəbər yer alıb.

Hadisədən dərhal sonra Ararat bölgəsinin rəhbəri açıqlama verərək xəbəri yalanlayaraq bu istiqamətdən heç bir atəş açılmadığını vurğulayıb.

Mətbuatda yayılan bu cür məlumatlar həqiqətə uyğun gəlmir. Hazırda sakitlikdir. Media nümayəndələrini gerçəkliyə uyğun olmayan və çaxnaşmaya səbəb olan məlumat yaymaqdan çəkinməyə çağırırıq”, – deyə Ararat rəhbəri qeyd edib.

Armaş kəndinin başçısı Hakob Zeynalyan, o cümlədən kəndlilər də mətbuatda əks olunan bu məlumatı təkzib edib.
Yenisabah