Ermənilərin yeni planı – Marietta Vartanyandan “Hüseyn təəssübkeşi”nə – FOTObackend

Ermənilərin yeni planı – Marietta Vartanyandan “Hüseyn təəssübkeşi”nə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dönəmlərdə Azərbaycanda din pərdəsi altında gizlənərək, dövlətçiliyimizə qarşı təbliğat aparan şəxslərə sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür.

Belə ki, ilk olaraq Anım Günündə Göyçay rayonunda şəhid məzarı yanında iğtişaşlara səbəb ola biləcək çağırışlar edən qadının görüntüləri sosial şəbəkələrdə yayılmağa başladı.
Daha sonra isə, təbliğatların həcmi və aqressiyasi getdikcə daha da artdı. Xüsusilə də, Göyçayda çağırışlar edən qadının saxlanılmasından sonra dövlət əleyhinə din pərdəsi altında aparılan təbliğatların miqyası daha da genişləndi.
Bu cür addımlara yol verənlərdən biri də özünü “şiə Hüseyn təəssübkeşi” kimi qələmə verərək, əhali arasında çaxnaşmalar yaratmağa hesablanmış çağırışlar edən qadın idi.
NOCOMMENT.az xəbər verir ki, Bizim.Media-nın apardığı araşdırma nəticəsində isə sözügedən şəxs haqqında bir sıra faktlar ortaya çıxıb.
Belə ki, həmin şəxsin Marietta Vartanyan (Kərimova) olduğu üzə çıxıb. Qazax rayonunda dünyaya gələn Mariettanın atası kürd əsilli azərbaycanlı Məhərrəm Kərimov, anası isə ermənidir. Məhərrəm Kərimov arvadından boşandıqdan sonra oğlu Telmanla birlikdə Sumqayıt şəhərinə köçüb. Marietta isə anası ilə İrəvana üz tutub. Marietta gənc yaşlarında Qazax Dövlət teatrında aktrisa kimi fəaliyyət göstərib.
Daha sonra isə İrəvana qayıdaraq və burada fəaliyyət göstərən Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında çalışıb. 
Bir müddət sonra isə Mariettanın radio macərası başlayıb. Belə ki, Vartanyan Ermənistanda fəaliyyət göstərən “Talışıstan tv” və “Ozode Tolışstoni Sədo”-nin (Azad Taşlışıstanın Səsi) canlı yayımlarında özünü “İlhamə Cəfərzadə” adı ilə təqim edərək Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda Azərbaycan əleyhinə təxribatçı çağırışlar edib.
Bunlardan əlavə, araşdırma nəticəsində Mariettanın Arsen və Armen adlı iki oğlunun olduğu və onların Qarabağda Azərbaycana qarşı vuruşduğu haqqında informasiya da əldə etdik.
Özü ilə bağlı məlumatları gizlətmək üçün hər zaman Azərbaycanın müxtəlif bölgələrindən və ya xalqlarından olduğunu irəli sürən Marietta təxribatçı fəaliyyəti ifşa olunduqdan sonra, xeyli müddət efirlərdən uzaq qalıb.
Son günlərdə isə, Marietta yeni imici ilə özünəxas fəaliyyətlərinə yenidən start verib. Aktrisanın büründüyü yeni obraz isə “şiə Hüseyn təəssübkeşi” olub.
Ümumilikdə isə, Mariettanın timsalında oxşar çağırışlar edən şəxslərin əsas məqsədi isə birdir:
İnsanların dini inancları və milli mənsubiyyətlərindən öz təxribatları üçün istifadə etmək. Təəssüf doğuran əsas məqam isə heç bir zaman dini və milli ayrıseçkiliyin olmadığı Azərbaycanda xarici xidmət orqanlarının (xüsusilə də, ermənilərin) öz mənfur məqsədlərinə nail olmaq üçün bu cür məsələləri qabartmaq yoluna əl atmasıdır.