Ermənilərin yeni strategiyası: Azərbaycan və Türkiyə ilə…backend

Ermənilərin yeni strategiyası: Azərbaycan və Türkiyə ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son günlər gözlənilməz hadisələr yaşanır. Belə ki, Baş nazir Nikol Paşinyan və Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Türkiyə və Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Onlar münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

NOCOMMENT xəbər verir ki, məsələni yenisabah-a şərh edən Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan hazırda defolt vəziyyətində olan bir ölkədir: “İqtisadi tənəzzülün ən pik həddinə çatıb. Onlar illərdir hay çəkib, “biz blokadada boğulub ölürük”,-deyə bağırırlar. Guya Türkiyə ilə Azərbaycan onları blokadaya salıb. İndi isə Azərbaycan onlara blokadadan çıxmağın yollarını göstərir-kommunikasiyaların açılması, logistik istiqamətlərin müəyyənləşdirilməsi. Biz təklif etdiyimiz variantlarda Mehri dəhlizinin, Bakı-Qazax-Yerevan, Ağdam-Xankəndi dəmiryollarının açılması ermənilərin dünya ilə logistik tranzit əlaqələrinin formalaşmasında böyük rol oynayacaq.

Onlar təklif edilən layihələrə uyğun olaraq çox arzuladıqları Rusiya ilə dəmiyolu əlaqələri yarada bilərlər. Həmçinin Avropaya Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə qapıları açılar. Gümrüdən Qarsa dəmiryolu var və o, saz vəziyyətdədir”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan Ermənistanın özünü yaxşı aparacağı, təcavüzkar niyyətindən əl çəkəcəyi təqdirdə, onu özünün gerçəkləşdirdiyi beynəlxalq layihələrə qoşa bilər: “Bu beynəlxalq layihələr isə həm Ermənistanın, həm də regionun inkişafına çox böyük kömək etmiş olar. Ermənilər yaxşı bilirlər ki, onların taleyi kommunikasiya vasitələrinin açılmasından xeyli dərəcədə asılıdır. Ona görə də həm Təhlükəsizlik şurasının katibi, həm də Paşinyan artıq neçənci dəfədir ki, 10 noyabr Kreml razılaşmasında təklif edilən kommunikasiya xətlərinin açılmasını sürətləndirməyin vacib olduğunu bildirir”.

Ekspert hesab edir ki, bunun vasitəsilə Ermənistan özünü iqtisadi tənəzzüldən xilas edə bilər: “Hətta ola bilsin ki, iqtisadi tərəqqiyə nail olacaq. Bu proseslərin sonunda Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açması gözləniləndir. Çünki onların açılması hamıdan çox Ermənistana xeyir gətirəcək. Ermənistan İranla, Rusiya ilə dəmiryolu əlaqəsi əldə edəcək. Ermənistan yatsa, yuxusunda da görə bilməzdi ki, onun üçün belə bir perspektivlər açılır. Ona görə də həm uzağı görən, həm də barışmaz millətçilik duyğularından azad insanlar Ermənistanın bu cür layihələrə qoşulmasını və təcili şəkildə proseslərin həyata keçirilməsini istəyirlər”.