Ermənilərin Zəngəzur qorxusu: Azərbaycana qaytarıla bilərbackend

Ermənilərin Zəngəzur qorxusu: Azərbaycana qaytarıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək”.

Bunu yerli KİV-ə müsahibəsində erməni general-mayor Arkadi Tadevosyan deyib. Bildirib ki, Paşinyan Qərbin diqtəsi ilə hər şey etməyə hazırdır. Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.

Qeyd edək ki, müharibə gedən vaxtlardan bəri Zəngəzur məsələsi zaman-zaman deyilir, yazılır. Əsasən də ermənilər bunu tirajlayır.

Bəs Zəngəzurun Azərbaycana verilməsi realdırmı indiki şərtlərdə? NOCOMMENT xəbər verir ki, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Zəngəzur Azərbaycan xalqının qədim torpaqları, ən qədim yaşayış məskənlərindən biri olub.

Zəngəzuru Ermənistana sovet hökuməti 1920-ci il noyabrın 30-da rəsmən verib: “Bu barədə verilən qərarda Zəngəzur bölgəsi 2 yerə bölünürdü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Şübhəsiz ki, bütün bu faktlar Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu göstərir.

Lakin məsələyə hazırkı beynəlxalq hüquq normaları çərçivəsində yanaşdıqda görürük ki, beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın sərhədləri daxilində olan ərazisi sayılır. Beynəlxalq hüquqa görə dövlətlərin sərhədləri, xüsusilə SSRİ-nin tərkibində olmuş respublikalar SSRİ dağıldıqdan sonra hansı sərhədlərlə BMT-yə üzv qəbul olunublarsa, həmin sərhədləri beynəlxalq hüquqla qəbul edilir və o sərhədlərin dəyişdirilməsi beynəlxalq hüquqla qadağan edilir. Bu baxımdan təəssüf ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur da Ermənistanın yurisdiksiyasına aid ərazi kimi təsdiq olunub.

Biz hələ ki Zəngəzur mahalına aid Mehri rayonunun ərazisindən dəmir yolu və şose yolunun Naxçıvana və Azərbaycanın əsas hissəsinə çəkilməsi istiqamətində addımlar atılmasına tərəfdar çıxırıq. Bu məsələdə də ermənilər konstruktiv görünmürlər. Onlar belə hesab edirlər ki, bu yolun açılması Türkiyə və Azərbaycanın xeyrinədir.

Amma əslində həmin ərazidən dəmir yolu və şose yolu sovet dövründə olub və indi yenidən bu yolun çəkilməsi Ermənistanın blokadadan çıxmasıdır. Bunu ermənilər başa düşmür.

Zəngəzur məsələsi ilə bağlı isə Azərbaycan Prezidenti də bu yaxınlarda çıxışında “Bölünmüş Zəngəzur” terminindən istifadə etdi. Doğrudan da Zəngəzur böyük bir mahal olub və yuxarıda xatırlatdığım tarixə görə sovet hökumətinin qərarı ilə iki hissəyə bölünüb və ən böyük hissəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib”.