Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, Samirə Əfəndi birmənalı qarşılanmayan bu davranışına prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində aydınlıq gətirib.
“Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Sözsüz ki, biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin dalınca getməyə çalışıram”.
Ətraflı videoda:












