Erməninin çaldığı havaya oynayanlar, yaxud şəhid anasını öz oyununa salanlarbackend

Erməninin çaldığı havaya oynayanlar, yaxud şəhid anasını öz oyununa salanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq qələbə ilə regionun siyasi mənzərəsini dəyişdi. 28 illik işğala son qoyulması daxildə milli birliyi və həmrəyliyi gücləndirdi, ölkəmiz və xalqımız üçün yeni hədəflər müəyyənləşdirdi. Müharibənin yaralarını sarımaq, uzun illər işğal altında qalan torpaqlara yeni nəfəs vermək, Qarabağı dirçəltmək indi qarşıda dayanan əsas prioritet vəzifə sayılır.

Aydın məsələdir ki, yaxın 200 illik tariximizə qızıl hərflərlə yazılan bu zəfər daxili və xarici düşmənlərimizi narahat etməyə bilməzdi. 44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin nümayiş eydirdiyi prinsipiallıq ölkəmizə səbəbi bəlli olmayan kin bəsləyən böyük dövlətlərin kiçik ürəkli rəhbərləri tərəfindən unudula bilməzdi. Müharibədən sonrakı dövrdə dünyanın aparıcı dövlətlərinin təsir dairəsində olan beynəlxalq təşkilatların Azərbaycanı hədəf alan bəyanatları buna xidmət edirdi. İnsan hüquq və azadlıqları adı altında Azərbaycanın haqlı qələbəsinə və ədalətin təntənəsinə kölgə salmağa çalışan bu adamlara layiq olduqları yeri göstərmək isə ümummilli vəzifə, vətəndaşlıq borcudur.

Belə həssas məqamda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimovanı siyasi intriqanın hədəfinə çevirmək qeyri-peşəkarlıq nümunəsi olmaqla yanaşı, naşlıq, siyasi səbatsızlıqdır.

Bir şəhid anasını yönləndirici suallarla intriqalara cəlb etmək, ordu kimi spesifik sahənin təftişçisinə çevirmək düşmən dəyirmanına su tökmək, milli maraqları zərbə altında qoymaqdır.

Müsahibi, üstəlik, xalqın qürur mənbəyi olan şəhid generalın anasın İP uğrunda mübarizənin predmetinə çevirmək mənəvi kasadlıq əlamətidir. Xalq olaraq elliklə müharibənin yaralarını sarımaqla məşğul olduğumuz bir vaxtda informasiya təxribatı ilə məşğul olmaq yalnız düşmınin maraqlarına uyğun ola bilər. Gəncəyə və Bərdəyə atdığı raketlərə görə sülhpərvər ictimaiyyət tərəfindən lənətlənən düşmənin çoxdan qurumuş dəyirnanına su tökmək peşə prinsiplərini milli maraqlarla uzlaşdıra bilməmıyin əlamətidir.

Vətən müharibəsində aldıqları sarsıdıcı zərbədən sonra yasa batan ermənilər indi toy-bayram edirlər. Erməni teleqram kanalları, sosial medianın erməni seqmenti, düşmən ölkədə fəaliyyət göstərən onlayn media həvəslə sözügedən müsahibəni tirajlayır. Söz havasını saz havası ilə dəyişik salaraq düşmənin çaldığı havaya oynayanlar həm də cəmiyyətin əsəblərini yerindən oynatdılar. Qəlbi oğul itkisi ilə dağlanmış məsum şəhid anasını bu “oyuna salmaq” ədəbsizlikdir.

Bəli, utanmasan istənilən havaya oynaya bilərsən. Amma əmin olun ki, Səmayə ana bir daha sizin oyununuza gəlməyəcək. Əvəzində bu ölkədə sağlam düşünməyi bacaran adamların hamısı üstünüzə gələcək…

yenisabah