Erməninstan DTX-sı şokda: Azərbaycanlı jurnalist İrəvana necə girib? – VİDEObackend

Erməninstan DTX-sı şokda: Azərbaycanlı jurnalist İrəvana necə girib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mediası və Dövlət Təhlükəsizlik Xidməti şoka düşüblər. Buna səbəb azərbaycanlı jurnalistlərin Ermənistana səfəri olub.

NOCOMMENT.az Caliber-ə istinadən xəbər verir ki, azərbaycanlı jurnalistlərin səfərlərinin məqsədi İrəvandakı və digər şəhərlərdəki qədim tarixi abilərin ermənilər tərəfindən dağıdılması barədə material hazırlamaq olub.

“Caliber”in hazırladığı materialda aydın görünür ki, şəhər boyu bütün tarix saxtalaşdırılıb.

İrəvanda keçmiş Təpəbaşı məhəlləsinin məscidi. İndi ermənilər bura Kond məhəlləsi deyirlər. Göründüyü kimi abidədən əsər-əlamət qalmayıb. Ermənilər özləri üçün yaşamağa evlər düzəldiblər. Əgər bu zibilxanaya ev demək olarsa…

Ermənistanın əsl üzünü göstərən daha bir fakt XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın həmin məhəlləsində yerləşən dağıdılmış Dəmirbulaq məscidi ilə bağlıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə yerlə-yeksan edilib. Kadrlardan da göründüyü kimi, məscidin üzərində “Rossiya” ticarət mərkəzi tikilib.

Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini “türkmən məqbərəsi” adlandırırlar. Eynilə İrəvandakı Göy məscidi təmir-bərpa işlərindən sonra “fars məscidi” adlandırdıqları kimi.

Eyni aqibət İrəvan qalasında, Sərdar Xan sarayının yaxınlığında yerləşən “Abbas-Mirzə” və “Şah Abbas” kimi tanınan “Sərdar” məscidinin də başına gəlib. Çəkilmiş fotoşəkillərdə əks olunan yaşayış binaları dağıdılmış Sərdar məscidinin yerində tikilib.

Bura Böyük Qarakilsə rayonunda yerləşən Arçut kəndidir. Rəsmi sənədlərə görə, XIX əsrin sonlarında bu kənddə 40 təsərrüfat olub və 357 azərbaycanlı yaşayıb. Sovet dövründə əhalinin sayı 1500 nəfərə çatıb. Kənddə üç qəbiristanlıq var idi. Lakin 1988-ci ildə azərbaycanlılar qovularaq ermənilər məskunlaşdırılıb. Təbii ki, dərhal yerli məscid dağıdılıb. Lakin qəbir daşlarının üzərində ərəb və kiril əlifbasındakı azərbaycan dilində olan yazılar hələ də qalmaqdadır.

Üçkilsə rayonunun yaxınlığındakı Akarak kəndi. Ermənilər bura Eçmiədzin deyirlər. Qədim adı isə Üçmüəzzindir. Burada da əvvəllər məscid olub, indi ondan ancaq divarları qalıb.

Bura isə Lori Mahalda yerləşən ermənilər tərəfindən kilsəyə çevrilmiş və 12-ci əsrə aid olan Loru Qala məscididir.

Dərələyəz mahalının Ağkənd kəndinin yuxarısında yerləşən Səlim karvansarası da saxtakarlığa məruz qalıb. Tarixi sənədlərə görə, bura Şah Abbas karvansarayı adlandırılıb. 1988-ci ildə bütün azərbaycanlılar kənddən qovulduqdan sonra karvansaranın tarixi saxtalaşdırılaraq dünya ictimaiyyətinə erməni tarixi abidəsi kimi təqdim edilib.