Ermənipərəst senatorlar Azərbaycana yardımın dayandırılmasını istəyirlərbackend

Ermənipərəst senatorlar Azərbaycana yardımın dayandırılmasını istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Azərbaycana yardımın dayandırılması məsələsini araşdırmağa davam etmək niyyətindədir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib: “ABŞ Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında davam edən gərginlik fonunda Azərbaycana hərbi də daxil olmaqla, müxtəlif növ yardımların göstərilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməyə davam edəcəkdir”.

Vaşinqtonun Bakıya yardım məsələsi Dövlət departamenti rəhbərinin iştirakı ilə keçirilən dinləmələrdə qaldırılıb.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes ABŞ rəhbərliyinin müstəsna əsasda, hərbi hökumət də daxil olmaqla, Azərbaycan hökumətinə yardım göstərməyə davam etmək qərarından məyus olduğunu bildirib.

Menendesə cavab olaraq Blinken bildirib: “Bunu düşünməyə davam etməliyik”.

“Mən bu mövzuda fəal işləyirəm. Xüsusilə əsirlərin geri qaytarılması, Dağlıq Qarabağdakı münaqişənin həqiqi həll yolu ilə danışıqlarda qarşılıqlı təsir məsələsində”, – deyə Blinken ətraflı şərhdən çəkinib.