Ermənistan 1500-ə yaxın erməni əsgərinin cəsədini qəbul etmək istəmirbackend

Ermənistan 1500-ə yaxın erməni əsgərinin cəsədini qəbul etmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan hökuməti Ermənistan silah qüvvələrində döyüşən və Azərbaycan ordusu tərəfindən məhv edilən 1500 döyüşçünün cəsədinə sahib çıxmır.

NOCOMMENT.az xəbər verir ki, Musavat.com saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, döyüş meydanlarında qalan 1500 meyit ermənilər tərəfindən təhvil alınmır.

Həmin cəsədləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əldə edilmiş müvəqqəti atəşkəs dövründə döyüş meydanlarından çıxarıb.

Etibarlı və mötəbər mənbədən əldə etdiyimiz bilgiyə əsasən, cəsədlər əvvəlcə Qazax istiqamətindən təhvil verilməli imiş. Hətta cəsədlər həmin istiqamətə gətirilib də. Lakin ermənilər cəsədləri qəbul etməkdən imtina ediblər.

Daha sonra Azərbaycan tərəfi növbəti dəfə cənazələri təqdim etmək üçün istiqamət olaraq Tovuz rayonunu seçib. Sərhəd bölgəsindən cəsədlərin götürülməsini Azərbaycan tərəfi şərt qoysa da ermənilər yenə də cəsədlərini götürmək istəməyiblər.

Ekspertlər bunun səbəbini belə şərh edir ki, artıq döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan hökuməti 1500 cəsəd problemi ilə üzləşmək istəmir.

Ermənistan hakimiyyəti belə bir məsuliyyəti üzərinə götürməkdən çəkinir. Çünki birdən-birə ölkəyə 1500 cənazə gətirilməsi ölkədə xalq etirazlarına, üsyana səbəb ola bilər. Ermənistan hökuməti də bunu dərk edərək vəziyyətdən çıxış yolu axtarır. Hələlik çıxış yolunu meyitləri almamaqda görürlər.

Mötəbər qaynaqlar onu bildirir ki, 1500 cəsəddən əlavə döyüş meydanında xeyli sayda da erməni cəsədləri qalıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələdə çıxılmaz vəziyyətdə qalıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə də əlavə saxladıq. Telefon zəngimizə cavab olaraq bildirdi ki, iş günü olmadığı üçün suallarımıza cavab verəcək şəxslər yoxdur.