Ermənistan 3+3 formatına müsbət yanaşır: İran təklənirbackend

Ermənistan 3+3 formatına müsbət yanaşır: İran təklənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni tərəfi 3+3 danışıq formatının imkanlarını nəzərdən keçirməli və anlamalıdır”.

NOCOMMENT teleqraf-a istinadən istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan parlamentdə brifinq zamanı deyib.

Siyasətçiyə görə, bunun mümkün məqsədə uyğunluğunu başa düşmək lazımdır: “Hazırda təhlil mərhələsindəyik. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq parlamentin tribunasından bəyan etmişdi ki, əvvəlcə bu formatı daha yaxşı başa düşmək, nəyin təhlükəli olduğunu, hansı tərəflərin iştirak etdiyini, hansı maraqların həyata keçiriləcəyini bilmək lazımdır”.

Qeyd edək ki, oktyabrın 6-da Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıqları yekunlaşdıraraq, iranlı həmkarı ilə Ermənistanın, Azərbaycanın iştirakı ilə 3+3 danışıq formatının yaradılması təşəbbüsünü müzakirə etdiyini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, 3+3 formatı Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüsatan və Ermənistanın əməkdaşlığını nəzərdə tutur. Son məlumatlara görə, artıq Gürcüstan tərəfi də bu formata qoşulacağına dair müsbət siqnallar göndərib. Hələlik formata qarşı çıxan yeganə ölkə İrandır. Görünən budur ki, İran mövqeyini dəyişməyəcəyi təqdirdə təklənəcək.