Ermənistan 4-cü bəndin icrasından rəsmən imtina etdibackend

Ermənistan 4-cü bəndin icrasından rəsmən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirzoyan Bayramovun Lavrovla görüşdə “erməni qoşunların Qarabağdan çıxarılması” barədə fikrinə cavab olaraq bildirib ki, Qarabağdakı separatçıların qondarma ordusu oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır.

Erməni nazirin “arqumenti” belədir ki, “Azərbaycanın davamlı atəş açması da “müdafiə ordusu”nun nə qədər vacib olduğunu göstərir, erməni əhalisinə qarşı “ekzistensial təhlükə” aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər”.

Rəsmi İrəvan bununla bəyan edir ki:

– Qarabağda hələ də qalan erməni silahlı dəstəni separatçıların qondarma müdafiə ordusu olaraq görürlər;

– 10 noyabr bəyanatında öhdəlik götürsələr də, bu silahlıları çıxarmaq fikrində deyillər.

Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxmaq lazımdır: ermənilər (həm də ruslar) atəş açırlar, Azərbaycanı cavab atəşinə təhrik edirlər və erməni hərbi dəstələrinin bölgədə qalmasının əhəmiyyətini “praktiki formada” göstərirlər.

Razılaşmadan iki il sonra da Ermənistanın mövqeyinin dəyişməməsi, əksinə, 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi təsdiq edir ki, silahlı dəstələrin çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır.

Asif Nərimanlı