Ermənistan-ABŞ hərbi əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilibbackend

Ermənistan-ABŞ hərbi əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper Ermənistan və ABŞ arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir Armen Qriqoryan bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

Görüş Qriqoryanın Vaşinqtona işgüzar səfəri çərçivəsində baş tutub.

Tərəflər arasında Cənubi Qafqazda regional sabitliyin təmin edilməsinin zəruriliyi vurğulanıb, həmçinin, ikitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

O cümlədən, Qriqoryan və Kuper sülhməramlı fəaliyyət çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar.