Ermənistan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirirbackend

Ermənistan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Arab News” telekanalına müsahibəsində belə deyib.

O, çətinliklərin olduğunu vurğulayıb və bunu gizlətmək istəmədiklərini dilə gətirib.

Mirzoyan həmçinin qeyd edib ki, İrəvan hakimiyyəti hazırda Ermənistanın iqtisadi sabitliyinin möhkəmləndirilməsində maraqlı olan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı fəal şəkildə dərinləşdirir, eyni zamanda ölkə vətəndaşlarının Avropaya can atması da mövcuddur.