Ermənistan Baş Qərargah rəisinin müavini saxlanılıbbackend

Ermənistan Baş Qərargah rəisinin müavini saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hazırda onun evində axtarış aparılır. Bildirilib ki, S.Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul edilməsi, nəticədə dövlətə külli miqdarda – təqribən 4,5 milyon dollar ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.

D.Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.