“Ermənistan başa düşməlidir ki, terror fəaliyyəti onun mövcudluğunun məhvinə gətirəcək”- Emin Həsənlibackend

“Ermənistan başa düşməlidir ki, terror fəaliyyəti onun mövcudluğunun məhvinə gətirəcək”- Emin Həsənli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hər zaman terroru dəstəkləyən dövlət olub. Ermənistan beynəlxalq hüquqla ən ağır cinayətləri dövlət siyasəti edib. Azərbaycan tarixində də 32-dən artıq sübut olunmuş terror hadisələri törədib.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

“Ermənilər eyni zamanda beynəlxalq aləmdə də terror fəaliyyəti həyata keçirib. Bu gün də təəssüflər olsun ki, Ermənistan bu xislətindən əl çəkə bilmir.

Ermənistan başa düşməlidir ki, terror fəaliyyəti onun mövcudluğunun məhvinə gətirəcək.

Azərbaycan güclü dövlətdir, onun güclü silahlı qüvvələri var, vətəndaş birliyi var və Azərbaycanın dövlət əlaqələri yüksək səviyyədədir. Buna görə də Ermənistan ağlını başına yığmalıdır.

Ermənistan bu cür siyasətlərindən əl çəkməsə onların bölgədə mövcudluğu sual altında olacaq”.

 Aişə Əbdülova