Ermənistan bu çətin zamanda xalqımıza dostluq əli uzatdıbackend

Ermənistan bu çətin zamanda xalqımıza dostluq əli uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Türkiyədədir.

NOCOMMENT xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransı keçirib.

“Ermənistan bu çətin zamanda xalqımıza dostluq əli uzadıb”, – Çavuşoğlu bildirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.

Ermənistanın xarici işlər naziri Mirzoyan “Sülh qurmaq istəyimizi bir daha təsdiqləmək üçün bu çətin günlərdə Türkiyədə olmaq istərdim” deyib. Ermənistan naziri Mirzoyan iki ölkə arasında münasibətlərin normallaşması mesajını verib.