Ermənistan büdcəni bağlamaq üçün kredit götürürbackend

Ermənistan büdcəni bağlamaq üçün kredit götürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonuna kimi Ermənistan beynəlxalq banklardan 100 milyon dollar və 100 milyon avro kredit götürəcək.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan parlamenti növbədənkənar iclasında “Asiya İnkişaf Bankı ilə 2022-ci il noyabrın 17-də imzalanmış Fiskal Sabitlik və Maliyyə Bazarlarının İnkişafı Proqramının kredit sazişinin ratifikasiyası haqqında” qanun layihəsini ratifikasiya edib. Ermənistan maliyyə nazirinin müavini Vaqe Ovannisyan bildirib ki, Asiya İnkişaf Bankından alınan kredit üzrə faiz dərəcəsi dəyişkən olacaq.

“Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan hökumətin niyə kredit götürdüyünü soruşub.

“2022-ci ildə büdcədə üç faiz kəsir nəzərdə tutulub, məhz buna görə də büdcəni dəstəkləmək üçün kredit götürməliyik”, – deyə nazir müavini cavab verib.