“Ermənistan çalışır ki, Azərbaycan hücum etsin və ABŞ, Fransa və Rusiyanın…” – Şok planbackend

“Ermənistan çalışır ki, Azərbaycan hücum etsin və ABŞ, Fransa və Rusiyanın…” – Şok plan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda seçki öncəsi daxili siyasi vəziyyətin mürəkkəbləşməsi və Azərbaycanla dövlət sərhəddində delimitasiyadan yayınaraq terror-texribatlar hallarına yol verməsi gözlənirdi. Həmçinin Azərbaycana qarşı hücum planı da masada olub. Bir neçə gün bundan əvvəl, Ermənistan sərhəddə silahlı təxribatlara gedəcəyini qeyd etmişdim və növbəti dəfə təxribatların baş verməsi mümkündü”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloun sözlərinə görə, Ermənistan çalışır ki, Azərbaycan hücum etsin və ABŞ, Fransa və Rusiyanın kəskin reaksiyası ilə üzləşsin:

“Məhz N.Paşinyanın dövlət sərhəddində hər iki tərəfin öz silahlı qüvvələrini geri çəkməsi, ABŞ və Fransanın iştirakı müşahidəçilərin yerləşdirilməsi təklifi buna əsaslanır. Hazırda N. Paşinyan Rusiyanın fəaliyyətindən narazı olaraq ABŞ və Fransanı prosesə cəlb etməyə çalışır. Qeyd edim ki, iki ölkə arasında sərhədlərin delimitasiyasında Azərbaycan üçüncü qüvvələrin iştirakını qəbul etməməli və yalnız əldə olunan xəritələrə əsasən, buna getməlidir”.

“Bundan əlavə, Ruiyada burada Azərbaycanı KTMT üzv etmək üçün Ermənistanla bütün sərhəd boyunca vəziyyəti gərginləşdirməyə çalışacaq. Azərbaycana qarşı bu kimi təzyiqlər davam edir.

Azərbaycan Minsk qrupunun fəaliyyətinə icazə verməməli və Türkiyə ilə birgə fəaliyyətini genişləndirərək Türkiyə hərbi bazasının yaradılmasına gedilməlidir. Demək olar ki, Ermənistanla müharibə vəziyyətinə gəlmişik. Rusiya məhz vəziyyətin hazırkı situasiyada davam etməsində maraqlıdır”, – deyə M.Əsədullazadə fikirini tamamlayıb.
Yenisabah