Ermənistan dağa çırpılan Su-25 qırıcısını özü vurub – FAKTLARbackend

Ermənistan dağa çırpılan Su-25 qırıcısını özü vurub – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin Basarkeçər (Vardenis) rayonu ərazisində vurulması barədə məlumat yaydı.

Basarkeçər (Vardenis) rayonu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəddir. Bu rayonda yerləşən ağır artilleriya və Hava Hücumundan Müdafiə Sistemi 1993-cü ilin aprelində Kəlbəcərin işğalında ciddi faktor olub. İndi isə Basarkeçərdə (Vardenis) yerləşdirilən bu bazadan Azərbaycan ərazilərinə hücum üçün istifadə edilir.

Ermənistan tərəfi hər zaman olduğu kimi informasiya məsələsində təxribatlara əl ataraq guya Vardenis şəhəri və Qeqarkunik vilayətinin digər yaşayış məntəqələrində Azərbaycana məxsus pilotsuz təyyarələrin uçuş həyata keçirdiyini döyüşlərin ilk günündən açıqlayırdı. Sentybarın 29-da yayılan rəsmi xəbərdə isə rəsmi Yerevan ilk andan Su-25 təyyarəsini Türkiyəyə məxsus F-16 qırıcısının atəş açdığını iddia edirdi. İddiaların absurdluğu və heç bir ölkənin kəşfiyyatı tərəfindən bunun təsdiqlənməməsi Ermənistanı geri çəkilməyə və susmağa məcbur etdi.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, aparılan müşahidələr və Su-25 təyyarəsinin vurulduqdan sonra çəkilmiş fotoları təyyarənin Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin vurduğuna dəlalət edir. Belə ki, peyk şəkilləri Vardenis şəhərinin 5 kilometr cənub-qərbində ermənilərin C-125 “Neva”/”Peçora-2M2” zenit-raket kompleksinin yerləşdiyini göstərir. Sovet İttifaqı dövründən qalan bu raket sistemi Azərbaycan ərazilərinə hücum edən Ermənistanın Su-25 təyyarəsini səhvən Azərbaycana məxsus pilotsuz təyyarə kimi təsbit etdiyi üçün onu raket atəşi ilə vurub. İdarəetməni itirən təyyarə Vardenis yaxınlığında Kiçik Qafqaz Dağlarına çırpılaraq məhv olub.

Ciddi səhvə yol verdiklərini anlayan Ermənistan rəhbərliyi bunu ört-basdır etmək üçün dərhal dezinformasiyaya əl atıb. Türkiyə dövlətinin guya Qarabağ döyüşlərində aktiv iştirak etməsi barədə iddialarını əsaslandırmaq üçün Ankaranı baş verənlərdə ittiham edərək, öz yanlışlıqlarından yaxa qurtarmaq istəyib.

Amma həmişə olduğu kimi dünya birliyinin məsələyə reaksiya verməməsi növbəti erməni yalanının faş olmasından xəbər verir. Artıq Ermənistanda da hadisədən məlumatlı olanlar az deyil. Bu isə Paşınyan hakimiyyətinə ciddi problem yaradacaq.