Ermənistan daha iki hərbçisini itirdibackend

Ermənistan daha iki hərbçisini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, yol qəzası Ermənistanın cənubunda Qafan-Gorus yolunda qeydə alınıb.

Mitsubishi Montero avtomobili idarəetmədən çıxaraq 400 metrlik dərəyə yuvarlanıb. Hadisənin üstündən xeyli vaxt keçsə də, xilasedicilər hələ avtomobilə yaxınlaşa bilməyiblər.

İlkin məlumatlara görə, qəza nəticəsində maşında olan Ermənistan ordusunun iki hərbçisi həyatını itirib. Ehtimal olunur ki, hərbçilər ölkənin sülhməramlı kontingentində xidmət ediblər.