Ermənistan FHN bu il 27 dəfə aldadılıbbackend

Ermənistan FHN bu il 27 dəfə aldadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) bu il 27 dəfə aldadılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, FHN-in mətbuat katibi Ayk Kostanyan bildirib ki, 2022-ci ildə Ermənistanda minalanma ilə bağlı 27 yalan məlumat qeydə alınıb.

“Onların böyük əksəriyyəti e-poçt vasitəsilə qəbul edilib, əksəriyyəti şəhər meriyasının elektron ünvanına göndərilib”, – deyə o, jurnalistlərə bildirib.

A.Kostanyan bildirib ki, son iki məlumat Fövqəladə Hallar Nazirliyinin ünvanına daxil olub. Nazirlik rəsmisi əlavə edib ki, hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparır.

A.Kostanyanın sözlərinə görə, elektron məlumatlarda xəbərdarlıqlar xaricdən gəldiyindən çətinliklər yaranır.

Avqustun 2-də saat 18:59-da Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bütün metro stansiyalarının, “Zvartnots” hava limanının, Baqramyan, 19 ünvanının, eləcə də bütün ən mühüm hərbi və mülki obyektlərin minalanması barədə siqnallar daxil olub.

Avqustun 14-də saat 16:00-da siqnal daxil olub ki, bütün metro stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda, Baqramyan, 19 (Milli Məclisin binası) ünvanında, Müqəddəs Lusavoriç kilsəsində partlayıcı qurğular yerləşdirilib.

Hər iki halda partlayıcı qurğu aşkar edilməyib.