KoronaVirus İnformasiya Portalı
Ermənistan Fransadakı qocaları da Qarabağa gətirirbackend

Ermənistan Fransadakı qocaları da Qarabağa gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunda əsgər qıtlığı yaşanır. Artıq Fransada yaşayan erməni əsilli qocalar da Qarabağda vuruşmaq üçün gətirilir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, “Liberation” qəzeti erməni əsilli 64 yaşlı Fransa vətəndaşı Qilbert Minasyanın Qarabağ döyüşlərində vuruşmaq üçün İrəvana yola düşməsi barədə material yayımlayıb. Məqalədə həmin şəxsin 1990-cı illərdə də Azərbaycana qarşı Ermənistan ordusunda xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetin yaydığı sözügedən məlumatı Tvitterdə paylaşaraq, Ermənistanın Qarabağ döyüşlərində muzdlu döyüşçülər tutduğunu və Fransa hökumətinin bununla bağlı lazımı tədbirlər görməsi  lazım olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl “Le Figaro” qəzeti də Strasburqdan erməni ordusuna qoşulan erməni əsilli şəxs haqqında məlumat yaymışdı.