KoronaVirus İnformasiya Portalı
Ermənistan Futbol Federasiyasının sabiq rəhbərinə qarşı cinayət işi açıldıbackend

Ermənistan Futbol Federasiyasının sabiq rəhbərinə qarşı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan və onun oğluna qarşı cinayət işi açılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Onlar özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrum etmə, qəsb və insan sağlamlığına zərər vurmaqda ittiham olunurlar.

2015-ci ilin avqustunda zərərçəkən restoran biznesini genişləndirmək üçün Ayrapetyana məxsus bankdan 120 min dollar kredit götürüb. Vətəndaş pulun bir hissəsini restoranın işini yaxşılaşdırmağa xərcləyib, pulun digər hissəsini isə restoran sahiblərinin xəbəri olmadan öz taksi xidmətini açmaq üçün istifadə edib. Eyni zamanda restoran kompleksinin icraçı direktoru kredit öhdəliklərini vaxtında yerinə yetirib.

Bununla birlikdə keçmiş federasiya rəhbərinin oğlu Rafiq Ayrapetyan bir neçə şəxslə bərabər Ermənistandakı kotteclərdən birində vətəndaşı döyüb, zorakılıq tətbiq edib və alçaldıb. Bir müddət sonra zərərçəkmiş şəxs Ayrapetyanın evinə gətirilib və ondan 120 min ABŞ dolları tələb olunub. Məbləği qaytara bilməyən vətəndaş maşın və qiymətli əşyalarla birlikdə 40 min ABŞ dolları ödəyə bilib. Ayrapetyan daha sonra həmin şəxsin mənzilini də əlindən alıb.

Hazırda ata və oğul barədə həbs qətimkan tədbiri seçilib, onlar və qrup üzvləri axtarışdadır.

Qeyd edək ki, Ruben Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edib.

Report