Ermənistan Gürcüstanla da demarkasiyaya hazırlaşırbackend

Ermənistan Gürcüstanla da demarkasiyaya hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistanda ölkənin Gürcüstanla sərhədinin demarkasiyası məsələsi gündəmə gəlib.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu mövzuya Ermənistanın “Joxovurd” qəzeti diqqət çəkib.

Bildirilir ki, Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədin demarkasiyasına hazırlaşır:

“Artıq çoxdandır ki, Ermənistan və Gürcüstan arasında aparılan yüksəksəviyyəli təmaslarda Baş nazir Nikol Paşinyan Gürcüstanla demarkasiya işlərini aktivləşdirir. Burada söhbət əsas olaraq Lori vilayətindəki, ölkə sərhədində yerləşən Ciliza kəndindən gedir”.

Qəzet, həmçinin martın 25-i Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin İrəvana səfəri zamanı N.Paşinyanın yenidən sərhədlərin demarkasiyası məsələsini qaldırdığını vurğulayıb.

Belə ki, Paşinyan gürcü həmkarı ilə mətbuata birgə açıqlamasında Kobaxidze ilə iki ölkə arasında sərhədin demarkasiyası prosesinin aktivləşdirilməsi imkanlarını müzakirə etdiklərini bildirib.

Qeyd olunur ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyasını müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiya mövcud olsa da, passiv rejimdə fəaliyyət göstərir.