Ermənistan hakimiyyəti Parisdə 23 milyon avroya bina alırbackend

Ermənistan hakimiyyəti Parisdə 23 milyon avroya bina alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Parisdəki səfirlik üçün 23 milyon avro dəyərində bina almağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. Bildirilib ki, bununla bağlı sövdələşməni rəsmiləşdirmək üçün 2,3 milyon avro avans ödəmək lazımdır.

Müvafiq layihə Ermənistan hökumətinin fevralın 15-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bina Parisin 16-cı kvartalında yerləşir və tarixi dəyərə malikdir. Xarici İşlər Nazirliyi isə binanın real dəyərinin xeyli yüksək olduğunu iddia edib. Sənədləşdirmə prosesi 3-4 ay çəkəcək. İqtisadiyyatı daha da zəifləyən Ermənistan üçün belə bahalı binanın alınması sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb.

Xatırladaq ki, bundan əvvəl də İrəvan baha qiymətə yeni səfirlik binası alıb. Mülkün alınması 17 milyon 380 min funt-sterlinqə başa gəlib.