Ermənistan hərbi texnikasını IDEX sərgisində nümayiş etdirə bilmədi – SƏBƏBİbackend

Ermənistan hərbi texnikasını IDEX sərgisində nümayiş etdirə bilmədiSƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilən IDEX beynəlxalq silah sərgisində ölkəsinin uğursuzluğuna bais olanları cəzalandıracağına söz verib.

NOCOMMENT.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bunu fevralın 25-də Ermənistan hökumətinin iclasında bildirib.

N.Paşinyan deyib ki, Ermənistan eksponatlarının sərgiyə çatdırılmasında problem olub: “Bu məsələ ilə bağlı xidməti araşdırma təyin edilib. Məmurlarımızın məsuliyytsizliyi müəyyənləşərsə, onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Məlumata görə, sərgidəki Ermənistan pavilyonunda yalnız onların hərbi texnika və avadanlığı deyil, bukletlər olub.

Bildirilib ki, bu pavilyon Ermənistan büdcəsinə 48 min dollara başa gəlib. “Report”