Ermənistan Hindistandan kömək İSTƏDİbackend

Ermənistan Hindistandan kömək İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Rusiyadan aldığı Su-30 qırıcılarını 2020-ci il müharibəsi zamanı istifadə etməyib və buna görə Ermənistan Hərbi Hava Qüvvələri kəskin tənqid olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın “Hindistan Defense Research Wing” portalı yazıb.

Nəşr qeyd edir ki, qırıcıların istifadə edilməməsinin səbəblərdən biri erməni pilotların kifayət qədər hazırlıqlı olmaması və Ermənistanın müharibə başlamazdan əvvəl döyüş təyyarələri üçün raket ala bilməməsi olub.

Ermənistanın Su-30 təyyarələri silah sistemi kimi yalnız idarə olunmayan raketlərə malik idi.

Nəşr yazır ki, Ermənistan Su-30 qırıcıları ilə bağlı Hindistandan kömək gözləyir. Məlumata görə, əməkdaşlıq pilotların hazırlanmasından tutmuş Su-30-un Hindistan istehsalı olan silahlarla təchiz edilməsinə qədər dəyişə bilər.
modern