Ermənistan hökuməti azərbaycanlılar barədə: Qaçqınlar doğma torpaqlarına qayıdacaqlarbackend

Ermənistan hökuməti azərbaycanlılar barədə: Qaçqınlar doğma torpaqlarına qayıdacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar, bu barədə üçtərəfli bəyanatda deyilir”.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Qevorqyan deyib.

Mətbuat katibi erməni KİV-in azərbaycanlı qaçqınların qayıtması və onların sayı haqqında informasiyaların doğruluğuna dair sualına cavab verərkən xatırladıb: “Üçtərəfli bəyanatda elə bir bənd var ki, qaçqınlar oraya qayıtmalıdırlar. Saya gəlincə isə, mən Azərbaycanda deyiləm və bu ölkəni təmsil etmirəm”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağa və ətraf ərazilərə qayıdırlar.