Ermənistan indi nə istəyir? – Moskva sülhə icazə vermirbackend

Ermənistan indi nə istəyir? – Moskva sülhə icazə vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel danışıqlarından sonra Ermənistan tərəfi yenidən təxribatlara əl atıb. Azərbaycan və Ermənistan liderləri arasında Brüssel görüşündə sülh sazişinə dair razılığın əldə olunmasının ardınca işğaldan azad olunmuş bölglərimizin atəşə tutulması ortaya ciddi suallar çıxarır.

Maraqlıdır, İrəvan sülh istəyirsə, sərhəddəki təxribatlar kimə lazımdır?

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın nə istədiyini hələ heç kim müəyyən edə bilməyib.

Bu isə İrəvan hakimiyyətinin qeyri-konstruktivliyindən xəbər verir: “Bu gün Ermənistan Baş nazirinin sülh müqaviləsi ilə bağlı çıxışı ümumiyyətlə biabırçılıqdır. İlin başa çatmasına iki aydan az artıq vaxt qalıb. Ancaq indiyə qədər sərhədlərlə bağlı Ermənistan tərəfindən bir addım belə atılmayıb. Sülh sazişi imzalanandan sonra sərhədlər müəyyənləşdirilir? Mən şəxsən belə bir şey eşitməmişəm. Adətən dövlətlər bir-birilərinin ərazi bütövlüyünü tanıyandan sonra sülh müqaviləsi imzalayırlar. Məhz bu göstərir ki, Paşinyan da, ona havadarlıq edən qüvvələr də bölgədə əmin-amanlığın tərəfdarı deyillər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyət daha da gərginləşəcək: “Onların müdafiə naziri Amerikaya üz tutub. Xarici işlər naziri isə 3 gün öncə rusiyalı həmkarı ilə telefonla danışmasına baxmayaraq, dünən Moskvaya gedib.

Bu, o deməkdir ki, yaxın günlərdə yenidən Azərbaycan bölmələrinə daha çox atəşlər açılacaq. Buna Azərbaycan Müdafiə Nazirliyi hazır olmalıdır. Biz əsgər və zabitlərimizin həyatını qorumalıyıq”.

Ü.Cəfərov hesab edir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını istəmir. Daha doğrusu, bunu Ermənistana qadağan ediblər: “Paşinyan deyir ki, sülh müqaviləsi imzalanmalıdır. Onun bu sözlərindən sonra Azərbaycanın mövqeləri atəşə tutulur. Sentyabr başlayandan elə gün yoxdur ki, atəşkəsin pozulması ilə bağlı xəbər verilməsin. Bu isə o deməkdir ki, Azərbaycan 44 günlük müharibədən sonra hələ də təhlükə ilə üz-üzədir.

Təhlükə ondan ibarətdir ki, Qarabağa aidiyyəti olmayan Ruben Vardanyan adlı bir yaramazı Qarabağa gətirirlər. Buna da Rusiya sülhməramlı qüvvələri şərait yaradır. Azərbaycan xarici işlər naziri Rusiya sülhməramlı qüvvələrinin özbaşınalığına heç bir reaksiya vermir.

Ona görə də belə halların davamı olacaq. Ümumiyyətlə, Azərbaycan istər diplomatik, istərsə də başqa üsullarla Ermənistanın üzərinə getməlidir ki, nəhayət, İrəvan öz qərarını versin. Hər dəfə Brüsselə getməzdən əvvəl və sonra bölgədə çox böyük gərginlik yaşanır. Axı Paşinyan hər dəfə Brüssel görüşündə bildirir ki, sülh sazişi imzalanmalıdır. Bəs, niyə imzalanmır? Deməli, indiyə qədər rəsmi Moskva icazə vermir ki, Ermənistan öz qərarını sərbəst versin”.