Ermənistan İrana görə Naxçıvana atəş açır?backend

Ermənistan İrana görə Naxçıvana atəş açır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşünmürəm ki, Ermənistan tərəfinin atəşkəsi pozması İran və Azərbaycanın Naxçıvanda hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəlidir. Bu, böyük ehtimalla Ermənistan Baş Qərərgahı tərəfindən planlaşdırılmış təxribatdır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun Naxçıvan istiqamətində mövqeylərimizi atəşə tutmasının Azərbaycan-İran birgə hərbi təlimlərilə bağlı olması ehtimalına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,təxribatın hansı məqsədlə həyata keçirildiyi məlum olmasa da,Azərbaycan ərazilərinin atəşə tutulmasına rəhbərlik edən şəxsin kimliyi bəlllidir:

“Paşinyanın kommunikasiyaların açılması və sülh sazişinin yaxın bir aya imzalanması ilə bağlı verdiyi bəyanatla Naxçıvan istiqamətində üç rayonumuzun atəşə tutulması ziddiyyət təşkil edir. Bu fəaliyyətlərin həyata keçirilməsinə, Azərbaycan ərazilərinin atəşə tutulmasına rəhbərlik edən şəxs isə konkret olaraq Ermənistan ordusuna rəhbərlik edən Baş Qərargah rəisi, general-fərari Eduard Asryandır. Çünki Qazaxın kəndləri Azərbaycana qaytarılandan sonra Eduard Asryan həmin kəndlərin Ermənistana aid olduğunu açıq-aşkar dilə gətirmişdi. Bununla da Azərbaycana növbəti dəfə ərazi iddiaları irəli sürmüşdü. Bu günə qədər Ermənistan siyasi rəhbərliyi Asryanın əvəzindən nə üzr istəyib, nə də vəzifəsindən azad edib. Belə görünür ki, onun səsləndirdiyi bəyanatlar elə hakimiyyətin də ürəyincə olub. Lakin Azərbaycan Ordusu bu təxribatların qarşısını almağa qadirdir və bunu dəfələrlə sübut edib”.