Ermənistan itkilərini etiraf etməyə başladıbackend

Ermənistan itkilərini etiraf etməyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 16-da düşmənin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurmada ölən erməni hərbçilərdən 6-nın adı açıqlanıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr 1990-cı il təvəllüdlü baş leytenant Taron Saakyan, 1991-ci il təvəllüdlü müqaviləli hərbçi Merujan Arutyunyan, müqaviləli hərbçi 1990-cı il təcəllüdlü Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan və müqaviləli hərbçi 1980-ci il David Albertoviç Amiryanın qarşıdurmada öldüyünü yazıb.

Qəzet ölmüş daha bir əsgərin kimliyinin hələ də araşdırıldığını, itkinlərin tapılması üçün araşdırmanın davam etdiyini bildirib.

Nəşr bundan başqa 13 nəfərin Azərbaycan ordusuna əsir, 20-dən çox hərbçinin isə itkin düşdüyünü qeyd edib.

Beləliklə, təxribatlar nəticəsində ölən erməni hərbçilərinin sayının 6 olduğu artıq etiraf edilib.