Ermənistan kimlərdən silah almaq istəyir? – Siyahıdakı iki ölkəbackend

Ermənistan kimlərdən silah almaq istəyir? – Siyahıdakı iki ölkə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya pilotsuz uçan aparatları dünyanın ən yaxşıları deyil, ondan da yaxşılarını istehsal edən ölkələr var”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Armen Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi indi daha çox silah almaq əvəzinə, daha çox danışmaqla məşğuldur: “Silahların alınması haqda nə qədər az danışsaq, bu, bir o qədər tez olacaq”.

Xaçatryan Ermənistanın Hindistandan yeni silahlar alacağı ilə bağlı yayılan məlumata reaksiyası belə olub: “Bəli, bir sıra ölkələrlə silah tədarükü prosesi fəal şəkildə aparılır, o dövlətlərlə ki, bizə lazım olanları verməyə hazırdırlar, bu istiqamətdə mütləq tədbirlər görüləcək”.

Hansı ölkələrdən silah-sursat almağın lazım olduğu sualına erməni deputat belə cavab verib: “Təbii ki, Rusiya silahları bizim hərbi imkanlarımızın əksəriyyətini təşkil edir və özünü doğrultmuş yaxşı silahlar da var. Amma başqa ölkələrdən alınmalı silahlar da mövcuddur. Məsələn, bu gün PUA-ların ən yaxşı nümunələri Rusiyada deyil, digər istehsalçı ölkələrdə daha yaxşı məhsullar var”.

Son zamanlarda Ermənistan silah ala biləcəyi ölkələr arasında Hindistanla yanaşı, İranın da adını çəkir.