Ermənistan KİV: Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyirbackend

Ermənistan KİV: Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə müxalifəti zərərsizləşdirməyin yollarını axtarır.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, “Joğovurd” qəzeti bu barədə material dərc edib.

Qeyd olunur ki, Nikol Paşinyan hakim blokun nümayəndələri ilə toplantı keçirib. Ədliyyə naziri Rüstəm Badasyan və baş nazirin müşavirlərinin qatıldığı toplantıda erkən seçkilərlə bağlı sseanrilər müzakirə edilib. Qəzet bildirir ki, Nikol Paşinyan komandasına növbədənkənar parlament seçkilərinə hazırlaşmağı tapşırıb. Bununla yanaşı, müxalifəti sözügedən seçkilərdə təsirsiz hala gətirməyin hüquqi və siyasi yolları barədə təkliflər hazırlanması gündəmə gəlib.

Bildirilir ki, Ermənistanın seçki məcəlləsində bir sıra dəyişikliklər edilməklə, müxalifətin oyundan kənar vəziyyətə salınması versiyası üzərində işlənilir. Müxalifətin resurslarının seçki prosesində istifadəyə yararsız hala gəlməsi üçün qanunvericilikdə müəyyən yeniliklər edilməsi nəzərdə tutulur.