Ermənistan KİV: Robert Köçəryana virusu kim yoluxdurub?backend

Ermənistan KİV: Robert Köçəryana virusu kim yoluxdurub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Joğovurd” qəzeti ölkənin ikinci prezidenti Robert Köçəryanın koronavirusa (COVİD-19) yoluxması ilə bağlı maraqlı iddia səsləndirib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Ermənistan sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan oktyabrın 21-dı bir araya gələrək Qarabağdakı hərbi əməliyyatları müzakirə ediblər. Onlar daha sonra işğal altında olan Qarbağdakı seperatçıların keçmiş başçıları – Arkadi Qukasyan və Bako Saakyanı baş nazir Nikol Paşinyanın yanına göndəriblər. Onlar Nikol Paşinyandan sabiq prezidentlərin Moskvaya gedərək Rusiya rəsmilərilə Qarabağ məsələsini müzakirə etməyə icazə verməsini istəyiblər. Bildirilir ki, Nikol Paşinyan onların bu istəyinə razılıq verib. Bundan sonra barəsində ev həbsilə bağlı məhkəmə qərarı olan Robert Köçəryana noyabr 7-nə kimi ölkədən çıxmağa icazə verilib. Hətta Robert Köçəryanın pasportu da özünə geri qaytarılıb.

“Joğovurd” qəzeti yazır ki, Robert Köçəryan Moskvaya getməyə hazırlaşdığı zaman məlum olub ki, sabiq president koronavirusa yoluxub. Bildirilir ki, Köçəryanda koronavirusun heç bir əlaməti müşahidə olunmayıb və ölkədən çıxmaq üçün məcburi olan koronavirus testi verib. Testin nəticəsi müsbət olduğu üçün Köçəryan 14 gün ərzində karantində qalacaq. Bu isə o deməkdir ki, sabiq prezident 14 gün ərzində ölkədən çıxa bilməyəcək.

Ermənistan mətbuatı yazır ki, Köçəryanın 14 günlük karantin müddəti noyabrın 7-də başa çatacaq və eyni zamanda bu tarix sabiq prezidentə ölkədən çıxmaq üçün verilən son tarixdir.

İddia olunur ki, Köçəryan ya bilərəkdən koronavirusa yoluxdurulub, ya da testin nəticələri dəyişdirilib. “Joğovurd” qəzeti Robert Köçəryana noyabrın 7-dən sonra yenidən icazə verilib-verilməyəcəyini araşdırmaq istəsə də, nə rəsmi qurumlardan, nə də sabiq prezidentin yaxınlarından açıqlama ala bilməyib.