Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım tələblərinin gündəmdən çıxarılmasını xahiş edib.
NOCOMMENT.az “Belta” xəbər agentliyinə istinadla xəbər verir ki, Belarusiya Minskdə prezident Aleksandr Lukaşenko ilə görüşən KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, İrəvan əvvəllər təşkilatdan kömək istəyib və məsələ dəyərləndirilir.
“Lakin Ermənistan tərəfi qərara marağını itirməyə başlayıb. Onlar hətta məsələnin KTMT gündəliyindən çıxarılmasını istəyirdilər”, – deyib.