Ermənistan məhbusları azad edərək Qarabağda döyüşməyə GÖNDƏRİRbackend

Ermənistan məhbusları azad edərək Qarabağda döyüşməyə GÖNDƏRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Onların təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirildiyi bildirilir. Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.

Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkum yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət edib.