Ermənistan mina xəritələrini çox aşağı keyfiyyətdə təqdim etdibackend

Ermənistan mina xəritələrini çox aşağı keyfiyyətdə təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfinin konstruktiv yanaşmasına, bəyanatın şərtlərinə tam riayət olunmasına, bir sıra hallarda birtərəfli müsbət addımların atılmasına baxmayaraq, bəzi istiqamətlərdə Ermənistan tərəfindən konstruktiv addım müşahidə olunmur.

NOCOMMENT.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə cümə axşamı keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan 10 aydan artıq bir müddətdir ki, üçtərəfli bəyanatın icrası ilə məşğul olur. Sözügedən bəyanatın müddəaları icra edilib, lakin bəzi istiqamətlərdə hələ də açıq məsələlər qalmaqdadır:

“Qeyd edilən istiqamətlərin ən vacibləri sırasında 8 ay ərazində mina xəritələrinin təqdim olunmaması dayanır. Ermənistan tərəfi 8 aydan sonra xəritənin kiçik hissəsini çox aşağı keyfiyyətdə təqdim etdi. Bu prosesin üçtərəfli bəyanatlara zidd olaraq başa çatdırılmaması çox böyük əngəl olaraq qalmaqdadır.

Eyni zamanda həmin ərazilərin yenidən qurulmasını, qaçqın və məcburi köçkün vətəndaşlarımızın öz torpaqlarında məskunlaşmasını ləngidən prosesdir”.