Ermənistan MTX hərbçilərimizin Qafanda çəkiliş aparmasını təsdiqlədi – VİDEObackend

Ermənistan MTX hərbçilərimizin Qafanda çəkiliş aparmasını təsdiqlədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçilərinin Ermənistanın Qafan şəhərində çəkdiyi videoya bu ölkənin Milli Təhlükəsizlik Xidməti münasibət bildirib.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan videonun həqiqət olduğunu və bir ay əvvəl çəkildiyini təsdiqləyib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə yayılan video Ermənistan vətəndaşları arasında panika yaradıb. Milli Təhlükəsizlik Xidmətindən verilən açıqlmada qeyd olunub ki, çəkiliş bir ay əvvəl Rusiya sülhməramlılarının müşayiəti ilə sərhədçilərin üçtərəfli işçi qrupunun görüşündə iştirak etmək üçün əvvəlcədən razılaşdırılmış marşrutla hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən aparılıb.