Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunurbackend

Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan istintaqa cəlb olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Lusine Saakyan bildirib.

Onun sözlərinə görə, A.Vanetsyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanetsyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər.