Ermənistan MTX-nin yeni rəhbəri kimdir? – DOSYEbackend

Ermənistan MTX-nin yeni rəhbəri kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kərəmyan tutduğu vəzifədən azad edilib və onun yerinə Mikayıl Ambartsumyan təyin edilib.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, Mikayıl Ambartsumyan bu ilin avqust ayının 12-də Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunub. Daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin müdiri olub.

Məlumat üçün bildirək ki, 1991-ci il təvəllüdlü Arqişti Kərəmyandan fərqli olaraq Mikayıl Ambartsumyan Nikol Paşinyanın yaxın ətrafına daxil olan şəxslərdən deyil. 5 ay əvvələ kimi heç bir zaman Milli Təhlükəsizlik Xidməti sistemində işləməyən Arqişti Kərəmyandan fərqli olaraq polkovnik rütbəsi daşıyan Mikayıl Ambartsumyan 20 ildən artıqdır Milli Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər Milli Təhlükəsizlik Xidmətinin İstintaq idarəsinin rəhbəri olub. 2017-ci ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətlərinə görə” medalı ilə təltif edilib.

Mikayıl Ambartsumyan Nikol Paşinyanın komandasına daxil olan şəxslərdən fərqli olaraq Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi “Qarabağ klanı”na müxalif şəxs hesab olunmur. Mikayıl Ambartsumyan Qondarma Dağlıq Qarabağ respublikasının keçmiş rəhbəri Bako Saakyanın yaxın kadrlarından olan Marat Musaelyanın da qohumudur. Mikayıl Ambartsumyanın bacısı Marat Musaelyanın həyat yoldaşıdır. Ermənistan mətbuatı Mikayıl Ambartsumyanın vəzifə pillələrində yüksəlməsində Marat Musaelyanın rolunun olduğundan yazır.

Qeyd edək ki, Marat Musaelyan “Qarabağ klanı”nın nüfuzlu şəxslərindən hesab olunur. 1957-ci ildə Xankəndidə anadan olan Musaelyan 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyi sistemində xidmət edib. 1995-2007-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləyib. 2007-2020-ci illərdə Dağlıq Qarabağda seperatçı rejim rəhbərindən biri olub. Polkovnik hərbi rütbəsinə malikdir.

Mikayıl Ambartsumyanın “Qarabağ klanı”nına yaxın olmasına baxmayaraq vəzifədə saxlanılmasına səbəb onun Konstitusiya Məhkəməsinin hakimi və eyni zamanda da Nikol Paşinyana yaxınlığı ilə tanınan Vahe Qriqoryanın sinif yoldaşı olmasıdır. Daha əvvəl vəkil kimi fəaliyyət göstərən Vahe Qriqoryan Köçəryan hakimiyyətinin 2008-ci ildə aralarında Nikol Paşinyanın da olduğu müxalifətçilərə tətbiq etdiyi zorakılıq hadisəsini Avropa Məhkəməsinə çıxarmışdı.