Ermənistan müdafiə nazirindən sərsəm açıqlama: “Qurgen Alaverdyan əsir düşməyib, qaçırılıb”backend

Ermənistan müdafiə nazirindən sərsəm açıqlama: “Qurgen Alaverdyan əsir düşməyib, qaçırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daxili araşdırma aparılır və yaxın vaxtlarda cinayət işi başlanacaq, bunun necə baş verdiyini öyrənəcəyik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri David Tonoyan 28 avqustda parlamentdə jurnalistlərə verdiyi müsahibəsində Azərbaycana əsir düşən erməni hərbçi Qurgen Alaverdyan haqqında danışarkən səsləndirib.

 

“İlkin qiymətləndirməyimiz belədir: əsgərimiz itkin düşərək düşmən tərəfində olub. Hələ onun qaçırıldığını və ya başqa halların olduğunu öyrənməliyik. Bununla bağlı fərqli beynəlxalq strukturlarda, fərqli formatlarda işə başlayacağıq.

İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrindən tələb edirik ki, Azərbaycanda hərbçilərimizi ziyarət etsinlər.

Əminik ki, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi çərçivəsində addımlar atılır və BMT-nin müvafiq strukturları hərbçilərimizin geri qaytarılması üçün hər cür səy göstərirlər. Ancaq geri qayıtmaq üçün bəzi şərtlər də var – mübadilə və s. Bu barədə hələ danışa bilmərik. Ən başlıcası onların təhlükəsiz və sağlam olmalarıdır” deyib.

Haşiyə: Bu ermənilərin deyəsən, sıravı əsgərindən ta generalınadək başı xarab olub. Elə baş nazirləri kimi gündə 5-6 dəfə bir-birinə zidd olan fikirlər səsləndirirlər. Öncə deyirlər ki, zabit postun təhvil alınması zamanı pis hava şəraitindən azıb və Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. Hərbi xidmətdə olan hər kəs bilir ki, postun təhvil alınması zamanı zabitlə bir yerdə həmin postda növbə çəkəcək əsgərlər də olur. Yəqin böyük bir qurumun müvafiq strukturlarının situasiyanı yerində öyrənməyə və əsgərlərdən vəziyyəti soruşmağa vaxtları olmayıb. Məntiqi cavab isə çox sadədir. Nazir həmişə olduğu kimi yenə də yalan danışır və baş leytenantın qaçırıldığını iddia edir. Birincisi, həmin gün şəhidlərimizin qırxı idi və Azərbaycan kəşfiyyatçılarının elə planı var idisə, ölkəmizdə yaşamaq istəyi ilə vətənini satan adi yoluq bir zabitin əvəzinə general tutub gətirərdilər. İkincisi, nazirin dediyi kimi qaçırılıbsa, deməli bir gün onun özünü də tutub Bakıya gətirəcəklər. İnanırıq ki, o gün də mütləq gələcək və əsir götürülən erməni generallarının ayağı Bakı küçələrinə dəyəcək. 1945-ci ildə Moskvada olduğu kimi. O zaman erməniləri alman faşistləri əvəz edirdi. Qafqaz faşistləri üçün də belə tale yaşanacaq…

Konkret.az