Ermənistan müdafiə nazirinin sabiq müavini dövlətə 500 min dollar təzminat ödəyəcəkbackend

Ermənistan müdafiə nazirinin sabiq müavini dövlətə 500 min dollar təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini Alik Mirzabekyan dövlətə dəymiş 500 min dollar məbləğində ziyanı ödəyəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan açıqlama verilib.

Bildirilib ki, əldə olunan razılığa əsasən, bu məbləğ qeyri-qanuni yolla əldə olunan əmlakın hesabına kompensasiya ediləcək.

Qeyd edək ki, Mirzabekyan bu vəzifəni 2007-2016-cı illərdə tutub.