Ermənistan Müdafiə Nazirliyində KTMT generalı ilə görüş keçirilibbackend

Ermənistan Müdafiə Nazirliyində KTMT generalı ilə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Arşak Karapetyan KTMT Birgə Qərargah rəisinin birinci müavini general-leytenant Həsən Kaloyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

General-leytenant Kaloyev Ermənistanın müdafiə nazirinə KTMT-nin Kollektiv Sürətli Reaksiya Qüvvələrinin birgə operativ yerləşdirilməsinin planlaşdırılması vəzifələri barədə məlumat verib.

KTMT çərçivəsində qərarların qəbul edilməsi və kollektiv qüvvələrdən istifadə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

KTMT Birgə Qərargah rəisinin birinci müavini Ermənistana səfəri zamanı KTMT-nin Kollektiv Sürətli Reaksiya Qüvvələrinə daxil olan erməni birləşmələrinin döyüş hazırlığı məsələləri ilə də tanış olub.