Ermənistan Müdafiə Nazirliyinin sabiq sözçüsü ABŞ-a qaçdıbackend

Ermənistan Müdafiə Nazirliyinin sabiq sözçüsü ABŞ-a qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyan ABŞ-a qaçıb.

NOCOMMENT xəbər verir ki, bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.

“Dünən Los Anceles reysinin sərnişinləri Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı görüblər. O, bacısı ilə Qətər reysilə uçub.

Təyyarədə xeyli adam olub. Hamı ona qışqırsa da, o vecinə almayıb – görənlərdən biri deyib”, – deyə İqor Korotçenko paylaşım edib.

Qeyd edək ki, Artsrun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini “takitiki geri çəkilmə” adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxmışdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa vermişdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etmişdi ki, naməlum şəxslər ona hücum ediblər. Nazirliyin sabiq rəsmisi hədələndiyini və izləndiyini də bildirmişdi.