Ermənistanın müxalif “Vətənin xilası hərəkatı” Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.
“Nikol mövcud deyil, vəssalam”, – deyə o bildirib.
İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.
“Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik”, – deyə o əlavə edib.