Ermənistan müxalifəti yeni aksiyalara başlayırbackend

Ermənistan müxalifəti yeni aksiyalara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vətənin Xilası hərəkatı adlı müxalifət təşkilatı fevral ayının sonundan parlament binası yaxınlığında bağladıqları Baqramyan prospektini açmaq qərarına gəlib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hərəkatın mətbuat xidməti prospektlə kəsişən küçədə çadır düşərgəsini saxlayacaqlarını bildirib.

Bununla yanaşı, cari şərtlərə uyğun siyasi aksiyaların yeni silsiləsinə başlayaraq bölgələrin əhalisini həmin aksiyalara cəlb edəcəkləri diqqətə çatdırılıb.

Vətənin Xilası hərəkatı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda kütləvi aksiyalar keçirir.