Ermənistan müxalifəti yenidən aksiyalara BAŞLAYIRbackend

Ermənistan müxalifəti yenidən aksiyalara BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində müzakirələrdən sonra müxalifət qüvvələri ölkədə yeni etiraz aksiyalarına start verilməsini gündəmə gətirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb.

“Vəziyyət ümidsiz deyil, baxmayaraq ki, vətəndaşların bir qismi arasında apatiya var, onu dəyişmək olar”, – deyə Xaçatryan söyləyib.

Ölkədə etiraz aksiyalarının keçiriləcəyini vurğulayan deputat dəqiq tarix barədə məlumat verməyib.