Ermənistan müxalifətinin liderinə cinayət işi AÇILDIbackend

Ermənistan müxalifətinin liderinə cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, eks-müdafiə naziri Vazgen Manukyana cinayət işi açılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan məlumat yayıb. Məlumata görə, prokurorluq Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (Konstitusion quruluşun devrilməsi, ölkənin ərazi bütövlüyünün pozuması yaxud hakimiyyəti ələ keçirməyə çağırış) cinayət işi açılıb.

Cinayət işi Manukyanın 20 fevral çıxışı zamanı xalqı hakimiyyəti zorla ələ keçirməyə hazır olmaq çağırışı ilə əlaqədar açılıb. Müxalifət rəhbərinin yaxın vaxtlarda məsuliyyətə cəlb olunması gözlənilir.