Ermənistan növbəti dəfə təxibata əl atdı – FOTObackend

Ermənistan növbəti dəfə təxibata əl atdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan dövlət poçtu Qarabağ müharibəsi zamanı ölən və yaralanan erməni hərbçilərə sığorta yardımı məqsədli yeni markalar buraxıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, markaların üzərində Qarabağ mənzərələri fonunda Ermənistanın uydurma xalq qəhrəmanlarının heykəlləri əks olunub. Markalar Fransanın “Cartor” tipoqrafiyasında çap olunublar.

Markaların üzərində isə şüar olaraq “qalib gələcəyik” yazısı əks etdirilib.

Nominal dəyəri 120 dram olan poçt markasında “erməni milli qəhrəmanı′′ Davidin heykəli təsvir olunub. Poçt markasının üst hissəsində isə erməni dilində “qazandıq” yazısı var.

Qeyd edək ki, nominal dəyərləri 220, 230, 280, 330 və 500 dram olan poçt markalarında müxtəlif erməni “məşhurlar”ın təsviri də var.

Dəyəri 5000 dram olan poçt markasında isə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı döyüşmüş Albert Ovannisyan təsvir edilib.