Ermənistan ordusu acınacaqlı vəziyyətdədir – VİDEObackend

Ermənistan ordusu acınacaqlı vəziyyətdədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda siyasi pərakəndəlik fonunda orduda da vəziyyət acınacaqlıdır.

NOCOMMENT xezerxeber.az-a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanın Zəngilan və Qubadlı rayonları ilə sərhədində yerləşən Sünik vilayətində yerləşən erməni hərbçiləri texniki-təminat baxımından olduqca ağır durum yaşayırlar.

İkinci Qarabağ müharibəsində güclü və rəşadətli Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə alan Ermənistan ordusunun son halı budur. Ölkədə hökm sürən xaos, siyasi pərakəndəlik vəziyyəti eyni zamanda orduda da fərqli deyil.

Müharibədə hərbi texnika, silah-sursatla yanaşı canlı qüvvə baxımından da ağır itkilərə məruz qalan Ermənistan hökuməti ağır vəziyyətini və itkilərini gizlətməyə çalışsa da, nəticə göz qabağındadır. Ermənistan ordusu o qədər ağır itkilərə məruz qalıb və o qədər acınacaqlı vəziyyətdədir ki, hazırda sərhəddə xidmətə cəlb etmək üçün sanballı hərbçi tapa bilmir.

Sərhəd bölgəsində yaşlı, xəstə və əldən düşmüş şəxslər, həmçinin qadınlar xidmət edir. Hətta vəziyyət o yerə çatıb ki, xidmətə yaşlı din xadimləri də cəlb edilir.

Sərhəddə yerləşən erməni hərbi birləşmələrinin maddi-texniki təminatı da yox səviyyəsindədir. Burada xidmət edən hərbçilər nəinki normal qida ilə təmin edilmir, hətta yatmağa yer də tapa bilmir və beton döşəmənin üzərində yuxulayırlar. Bu azmış kimi soyuq hava şəraitində geyinməyə hərbi geyim belə tapa bilmirlər.

Bu isə bir daha onu sübut edir ki, müasir texnika ilə silahlandırılmış, yüksək səviyyədə maddi-texniki təminatla təmin edilmiş Azərbaycan ordusunun Ermənistanın hərbi sahəsinə vurduğu ziyanın izləri hələ çox illər ərzində silinməyəcək. Ermənistan ordusunun yenidən əvvəlki vəziyyətinə qayıtması çox çətin olacaq.